Tələbə arıqlamaq üçün sirkə içdi - Ölümünə səbəb oldu

  • 2019.10.31 10:40
  • 4600 Baxış
Tələbə arıqlamaq üçün sirkə içdi -  Ölümünə səbəb oldu

Böyük Britaniyada 20 yaşlı qızın arıqlamaq istəyi faciə ilə nəticələnib.


 



Medicina.az xəbər verir ki, L.Boun adlı tələbə bunun üçün hər gün həb formasında alma sirkəsi qəbul edib.


 


Otağında cansız halda tapılan Lindsi məhkəmə tibbi
ekspertizasından keçirilərkən onun qanından yüksək miqdarda asidoz
aşkarlanıb.


Gəncin anası onun hər gün yeməklərdən sonra alma sirkəsini, daha sonra
isə həbini içdiyini deyib. Həkimlər onun ölümünə səbəb olaraq bu həbi
göstərir.

 

 

Eyni zamanda, onun gündəliyində də qeyri-sağlam qidalanması barədə qeydlər aşkarlanıb.
Tələbə arıqlamaq üçün sirkə içdi -  Ölümünə səbəb oldu