Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Telefonla çox danışanların tüpürcək vəzisi şişir

  • 2025.08.14 19:33
  • 73 Baxış
Telefonla çox danışanların tüpürcək vəzisi şişir


Mobil telefonla danışmaq tüpürcək vəzilərinin xərçənginə belə səbəb ola bilər.


“Medicina” xəbər verir ki, İsrail alimləri belə qənaətə gəliblər.


Gün ərzində çox və tez-tez mobil telefonla danışan insanlarda tüpürcək vəzilərinin xərçənginə tutulma ehtimalı digərlərinə nisbətən daha çoxdur. Tədqiqatçıların fikrincə, telefonda çənə “vuranların” riski 50% artır.

Tel-Əviv Universitetinin əməkdaşları mobil telefondan istifadə tezliyi ilə onkopatologiya riski arasında əlaqə haqqında toplanmış məlumatları təhlil ediblər. Nəticələr şok yaradıb: mobil telefondan tez-tez istifadə tüpürcək vəzilərinin şişindən əziyyət çəkmə ehtimalını 50% artırır.

Tədqiqatın aparıcı müəllifi, doktor Siqal Sadetski müəyyən edilmiş nümunəni şərh edərək qeyd etdi ki, xərçəngdən əziyyət çəkmə riski kənd yerlərində və ucqar ərazilərdə yaşayan mobil telefon istifadəçiləri arasında ən yüksəkdir.

Belə yerlərdə yaşayan insanlar, məsələn, böyük şəhərlərin sakinlərinə nisbətən daha çox radiasiyaya məruz qalırlar.


Bu yaxınlarda isveçli tədqiqatçılar mobil telefondan on il və daha çox aktiv istifadənin qlioma və neyrinoma kimi beyin şişlərinin riskini artırdığını göstərən məlumatlar təqdim etdilər. Tomskdan olan rus alimləri ötən ilin yayında mobil telefonlardan istifadənin hüceyrələrin strukturunda dəyişikliklərə səbəb olduğunu göstərən məlumatlar dərc ediblər.


Aygün Musayeva