Temperatur neçə olanda uşağa dərman vermək olar? - Pediatrdan cavab

  • 2025.09.04 12:29
  • 78 Baxış
Temperatur neçə olanda uşağa dərman vermək olar? -  Pediatrdan cavab

Uşaqlarda qızdırma (temperatur) zamanı dərman vermək həddi yaşa görə fərqlənir.

Medicina.az xəbər verir ki, pediatr Günay Rəsulova bununla bağlı valideynlərə məsləhət verib.


Onun sözlərinə görə, temperatur 38.0°C-ni keçmədikcə uşağa dərman verilməməlidir:

"Uşağın ümumi vəziyyəti yaxşı olarsa 38.5C-ni də gözləmək olar".



Qeyd edək ki, körpə çox narahatdırsa, yatmırsa və ya iştahı yoxdur, 38°C-dən aşağıda olsa belə, həkim məsləhəti ilə dərman verilə bilər. 3 aydan kiçik körpədə 38°C və yuxarı temperatur olduqda dərhal həkimə müraciət edilməlidir. Əgər uşaqda titrətmə, qıcolma, nəfəs darlığı, halsızlıq kimi əlamətlər varsa, dərmanı gözləmədən həkim çağırmaq lazımdır.

Aygün
Medicina.az