Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

TEMU məhsulunda təhlükə - Zərərli maddə aşkarlandı

  • 2025.07.09 22:31
  • 224 Baxış
TEMU məhsulunda təhlükə -  Zərərli maddə aşkarlandı

Temudan alınan bəzi yay ayaqqabılarında təhlükəli kimyəvi maddələr aşkarlanıb.

Medicina.az xəbər verir ki, münasib qiymətləri ilə diqqət çəkən Çin mərkəzli alış-veriş platforması olan Temu tənqid hədəfidir.

Temudan bəzi yay ayaqqabılarında sağlamlıq üçün təhlükəli kimyəvi maddələrin olması diqqət çəkib.

Avstriya Əmək İstehlakçılarının Müdafiəsi Palatası (AK OÖ) və ətraf mühit təşkilatı GLOBAL 2000 tərəfindən Temudan alınan 19 fərqli yay ayaqqabısı araşdırılıb.



8 modeldə zərərli kimyəvi maddələr aşkar edilib. Bu modellərdən ikisində maddələrin miqdarının Avropa İttifaqında satışı qadağan olunmuş səviyyədə olduğu müəyyən edilib.

Araşdırmaya görə, xüsusilə flip flop modellərində (barmaq arası tərlik) yüksək miqdarda ftalat aşkar edilib.

Bir başmaqda ftalat miqdarı Aİ-nin limit dəyərindən 420 dəfə yüksək olub. Bu kimyəvi maddələrin sağlamlığı poza biləcəyi və hormonal sistemə zərər verə biləcəyi bildirilib.

Sözügedən maddələrin dəri və ya ev tozu ilə orqanizmə daxil ola bildiyi, hətta uşaqların sidiyində də aşkar edildiyi bildirilib.

Aygün
Medicina.az