Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tənbəlliyi aradan qaldırmağın - 5 effektiv yolu

  • 2023.04.10 17:13
  • 1994 Baxış
Tənbəlliyi aradan qaldırmağın   -  5  effektiv yolu
Biz hamımız uğur qazanmaq, daha yaxşı maaşlı iş tapmaq, evimizi təmir etmək və s. kimi arzularla yaşayırıq. Ancaq çox vaxt hansısa maneələr deyil, məhz tənbəllik bu arzuları həyata keçirməyə amne olur.

“Medicina” xəbər verir ki, bir çoxları gündəlik məsələləri həll etmək istəmədikləri üçün təkcə öz planlarını pozmur, həm də digər insanlarla münasibətlərdə, iş yerində promlemlər yaradırlar. Tənbəllik hətta onların sağlamlıqlarına da rtəsir edir.

Mütəxəssis Viktoriya Şuxat bildirir ki, hərəkət etmək istəməməyin səbəblərini aydın şəkildə başa düşmək vacibdir. Onun fikrincə, fizioloji səbəblərlə əlaqəli olmayan tənbəlliyə çox vaxt süründürməçilik deyilir. İlk baxışdan onların çoxlu ortaq cəhətləri var. Ancaq tənbəllik bir xarakter xüsusiyyətidir, süründürməçilik isə motivasiya çatışmazlığıdır.

Bizi motivasiya edən nədir?

•prosesdən zövq;
•nəticədən məmnunluq;
•başqalarının təsdiqi;
•özünü nəyəsə və ya kiməsə borclu hiss etmək;
•pul.

Aşağıdakı qaydalarla tənbəlliyinizi dəf edə bilərsiz:

Qayda №1

Görüləcək işlərin siyahısının əvvəlcədən hazırlanması önəmlidir. Bu yolla düşüncələrinizi toparlaya və priotetləşdirə bilərsiniz. Məqsədlər uzunmüddətlidirsə, SMART sistemindən istifadə etmək olar. Mməqsəd real, əldə edilə bilən, konkret, ölçülə bilən nəticə ilə və müəyyən vaxt ərzində əldə edilməlidir. Bu üsul nizamsız cədvəlləri və gözlənilməz tapşırıqları olan insanlara kömək edə bilər. Günün sonuna qədər fors-major hallara görə səhərə planlaşdırılan işlərin yarıdan azının yerinə yetirildiyi üzə çıxanda ruhdan düşməmək vacibdir.

Qayda №2: Tapşırıqları ayırın.
Bəzən süründürməçiliyin səbəbi böyük və çətin işə yaxınlaşmağın qorxulu olmasıdır. Məsələn, tutaq ki, xarici dil öyrənmək istədikdə əvvəlcə “dərslik almaq”, “kurslara yazılmaq”, sonra “xarici dili öyrənmək” və “xaricə getmək” olar.

Qayda №3: Xoş auralı şərait yaradın.
Burada seçimlər mümkündür: ya özünüz üçün rahat şərait yaradın, ya da mükafat sistemi ilə tanış olun. Birinci halda, bütün enerjinizi rahat iş yerinin təşkilinə sərf etməmək vacibdir.

Qayda №4:
Müəyyən bir müddət ərzində diqqətinizi yayındırmayın.

Məsələn, siz 20 dəqiqəlik bir taymer təyin edə və diqqətinizi yayındırmadan prosesi araşdıra bilərsiniz. Taymer söndükdə beş dəqiqəlik fasilə verməlisiniz. Beş dəqiqəlik fasilələrlə 20 dəqiqəlik dörd belə seqment olmalıdır. Sonra 20 dəqiqə böyük bir fasilə verə bilərsiz.

Qayda №5:
Nümayəndə, yaxud köməklik edən şəxs.

Kömək istəməkdən qorxmayın. Kifayət qədər vaxtınız və enerjiniz olmayan şeyləri başqalarına etibar edin. Məsələn, əgər siz müştərilərə məktub yazmağı yaxşı bacarırsınızsa və bir həmkarınız təqdimat hazırlamağı bacarırsa, bir-birinizə kömək edə bilərsiniz.

Aynurə Məmmədova