Lənkəran Rayon Mərkəzi Xəstəxanasında beyin xəstəliklərinin müalicəsi və neyrocərrahi əməliyyatların icrasına start verilib.
Bundan sonra neyrocərrahi əməliyyatlar Mərkəzi Xəstəxananın Cərrahiyyə şöbəsində icra olunacaq.
"Medicina" xəbər verir ki, yeni fəaliyyətə başlayan həkim-neyrocərrah Elşən Əhmədli tərəfindən 62 yaşlı (qadın) pasiyent üzərində həyata keçirib. Bir neçə saat davam edən əməliyyat uğurla icra olunub və hazırda pasiyentin vəziyyəti qənaətbəxş hesab olunur.
Cərrahi əməliyyat icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində qarşılanır.
MEDİCİNA.AZ