Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tənqidlərə məruz qalan səhiyyə naziri istefa verdi

  • 2021.02.27 11:50
  • 1356 Baxış
Tənqidlərə məruz qalan səhiyyə naziri istefa verdi


Ekvadorda səhiyyə naziri Juan Karlos Zevallosun qohumları və bəzi dövlət məmurlarına qeyri-qanuni yolla koronavirus peyvəndi vurdurması qalmaqala səbəb olub.

Medicina.az xəbər verir ki, bir neçə gündür sosial şəbəkələrdə tənqidlərə məruz qalan nazir vəzifəsindən istefa verib.

Ekvador mətbuatında yer alan xəbərlərə görə, o, istefasını Prezident Lenin Morenoya təqdim edib.

Qeyd edək ki, Zevallosun anasının yanvarın 23-də özəl bir sağlamlıq mərkəzində “COVID-19” peyvəndi olduğu ortaya çıxmışdı.

Bir neçə universitet rektoru və dövlət məmurunu peyvənd olunmağa dəvət edən Zevallos müxalifət tərəfindən ciddi tənqid edilmişdi.

Ekvadorda indiyə qədər 282 min 599 nəfər virusa yoluxub, 15 min 713 nəfər dünyasını dəyişib.