Bu vitaminin ciddi çatışmazlığı nəticədə uşaqlarda deformasiyalara və böyüklərdə osteomalyasiya kimi tanınan ağrılı sümük vəziyyətinə səbəb ola bilər.
Bədənimizin düzgün işləməsi üçün müəyyən vitamin və minerallardan asılıdır. D vitamini kalsium və fosfat səviyyələrini tənzimləmək üçün zəruri olan vacib vitaminlərdən biridir. Bu, sağlam dişlərin, sümüklərin və əzələlərin qorunmasına kömək etdiyi üçün vacibdir.
Medicina.az xəbər verir ki, D vitamini çatışmazlığı geniş spektrli simptomlara səbəb ola bilər.
Oktyabrdan marta qədər günəş işığı yer üzünə düzgün bucaq altında çatmır, bu da öz növbəsində D vitamini istehsal etmək üçün kifayət qədər UVB şüaları almadığımız deməkdir.
Bəzi qruplar daha həssasdırlar. Yaşlılar və ya evlərində qapalı qalanlar, tünd dərili insanlar, hamilə və ya əmizdirən qadınlar, zəif qidalananlar D vitamini çatışmazlığından əziyyət çəkə bilərlər.
Baş dərisində tərləmə, daha çox D vitamini ehtiyacınızın ümumi əlamətlərindən biridir. Neyroəzələ qıcıqlanması və tər vəzilərinin həddindən artıq stimullaşdırılması səbəbindən həddindən artıq tərləmə hələ də D vitamini çatışmazlığının erkən simptomu kimi təsvir olunur. Ən çox təsirlənən nahiyələr baş və boyundur.
D vitamini çatışmazlığının digər ümumi əlamətlərinə aşağıdakılar daxildir:
Zəif əzələlər
Çəki artımı
Yorğunluq
Zəif sümüklər və oynaqlar
D vitamini çatışmazlığınız olduğunu düşünürsünüzsə, ailə həkiminizlə danışmalısınız.
Aygün Musayeva