Təxmini ömrünüzü hesablamağınız artıq mümkündür!

  • 2024.04.18 16:00
  • 500 Baxış
Təxmini ömrünüzü hesablamağınız artıq mümkündür!
Hava çirkliliyi, məruz qaldığımız kimyəvi maddələr, fərqində olmadan orqanizmimizə daxil etdiyimiz nanoplastiklər, stress, oturaq həyat tərzi, həddən artıq qəhvə içmək, fast-food yemək kimi ömrümüzü qısaldan onlarla faktorla üz-üzəyik.

Gündəlik həyatımızda əhəmiyyət vermədiyimiz bir çox amil ömrümüzü artıra və ya qısalda bilər.

Medicina.az xəbər verir ki, mütəxəssislər hansı vərdişlərin həyatımıza neçə il əlavə edə biləcəyini və ya əksinə ömrümüzü qısalda biləcəyini açıqlayıblar.

Ötən həftə ABŞ-dan olan tədqiqatçılar qrupu 1965-ci ildən sonra doğulan hər kəsin daha qısa ömür gözləntisində olduğunu açıqladı.

Tədqiqat göstərir ki, bunda zərərli qidaların istehlakı əhəmiyyətli amillərdən biridir. Ancaq getdikcə daha da stresli olan həyat tərzimiz, psixi sağlamlıq vəziyyəti, piylənmə və idmanla məşğul olmamaq da bunda böyük rol oynayır.

Bütün bunları nəzərə alan elm adamları ömrü təxmini hesablamağın yolunu izah ediblər. Onlar qocalma prosesini necə yavaşladacağınızı, bioloji yaşınızı necə azalda biləcəyinizi və əslində ömrünüzə illər əlavə etməyinizin mümkün olduğunu görməyiniz üçün diqqət edə biləcəyiniz amilləri açıqlayıblar:

- Yaxşı yuxu +4,7 il

- Qərarında (həftədə bir neçə qədəh şərab) içmək +1 il

- Mütəmadi cinsi həyat + 7 il

- Aktiv həyat tərzi + 4 il

- Çoxlu su içmək +15 il

- Hər gün meyvə, çərəz yemək +10,8 il

- Siqaret çəkməmək +10 il

- Xoşbəxt münasibət +1,5 il

- Təhsilli olmaq +1,4 il

- İncə bel +3-5 il

- İnanclı olmaq +4 il

- Tanımadığınız insanlara kömək etmək +1 il

- Tapmaca və ya “puzzle” həll etmək +10 il

- Təqaüdə çıxdıqdan sonra şəhərdə yaşamaq +1 il

Mütəxəssislər bu amillərlə yanaşı ömrü qısaldan maddələri də sıralayıblar:

- Övlad sahibi olmaq (hər uşaq üçün) - 7 il

- Stressli həyat -2,8 il

- Oturaq həyat tərzi - 8 il

- Yüksək qan təzyiqi - 3 il


Aysel