"Tezliklə öləcəyəm" - Mixail Saakaşvili

  • 2023.04.07 18:04
  • 2490 Baxış
"Tezliklə öləcəyəm"   - Mixail Saakaşvili

Gürcüstanın həbsdə olan eks prezidenti Mixail Saakaşvili həyatda qalmaq uğrunda mübarizəsinin tükəndiyini deyib.

"Medicina" xəbər verir ki, bədəninin ağır metallarla zəhərləndiyini deyən Saakaşvili 20-dən çox ağır xəstəliyə düçar olduğunu iddia edib.

“Mən artıq ölürəm. Ölkədən kənara çıxarılıb, lazımi tibbi yardım almasam, tezliklə öləcəyəm”- deyə o açıqlayıb.

Gürcüstan rəsmiləri isə Saakaşvilinin ölkə daxilində nəzarətdə olub müalicə alındığının mümkünlüyünü bildirir.

Aygün Musayeva