Kaliforniyada tibb işçisi kişi Pfizer peyvəndi vurduqdan 8 gün sonra koronavirusa yoluxub. Onun testi müsbət çıxıb.
Medicina.az xəbər verir ki, Metyu adlı tibb qardaşı 18 dekabrda Pfizer koronavirus peyvəndi olunub.
Lakin yeni ilə kimi o, işlədiyi xəstəxanada işinə davam edib.
27 dekabrdə o bədənində halsızlıq, titrəmə, əzələ ağrısı hiss edib. Kişi dərhal covid testi verib və ona gözləmədiyi halda pozitiv nəticə deyiblər.
Metyu peyvəndə çox arxayın olduğunu etitaf edib.
Ekspertlər bildirib ki, çox güman ki, tibb işçisi elə peyvənddən öncə artıq virusa yoluxub, lakin inkubasiya dövrü uzun çəkib. Bu ərəfədə də peyvənd olunub.
Əgər peyvənddən sonra da yoluxubsa da, burda qəribə heç nə yoxdur. Çünki vaksindən sonra immunitet 2 həftə ərzində yaranır.