Tibbi sığortada ailə həkimini necə seçməlisiz - ASM nədir?

  • 2021.05.05 18:11
  • 6493 Baxış
Tibbi sığortada ailə həkimini necə seçməlisiz   - ASM nədir?

Ailə həkimini hər bir vətəndaş özü seçməlidir.

Medicina.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova deyib.

Onun sözlərinə görə, hər bir vətəndaş öz yaxınlığındakı poliklinikaya və ya Ailə Sağlamlıq Mərkəzinə (ASM) yaxınlaşaraq ailə həkimi ilə bağlı seçim edə bilərlər:

“Əgər yaxınlıqda bu müəssisələrdən heç biri yoxdursa, tibb məntəqəsinə də müraciət edə bilərlər”.