Tibdə rekord- Qadın 27 saniyəyə doğdu

  • 2021.07.19 18:23
  • 2117 Baxış
Tibdə rekord - Qadın 27 saniyəyə doğdu

Ən sürətli doğuş Ginnesin rekordlar kitabına düşüb. Bu rekordu 29 yaşlı britaniyalı qadın Sofi Baqq edib.

Medicina.az xəbər verir ki, üçüncü uşağına 38 həftəlik hamilə qadın gecə saat 4-də tualetə getmək üçün oyanır. Sofi bədənini və qarnını qəribə hiss etsə də, heç bir doğuş sancısı əlaməti yox idi.


Tualetdə ikən o uşağın gəldiyini görür. O, əri Krisi çağırmağa macal tapır və o gələn kimi cəmi 27 saniyəyə körpə doğulur. Ata uşağı güclə tutur.


“Mən tualetdə oturub, telefonda rəfiqəmə mesaj yazırdım. Heç bir ağrım yox idi. Bir də baxdım ki, uşağın başı görünür. Bu vaxta kimi 2 uşaq dünyaya gətirmişdim, mən doğuşun nə olduğunu bilirdim. Digər qızlarımı 18-25 dəqiqəyə doğmuşdum. Bədənim doğuş barədə xəbərdar etməkdəm imtina edir” – deyə Sofi xatırlayır.