Toyuğun hansı hissələri zərərlidir?- Yeyilməməlidir

  • 2020.11.24 15:52
  • 5573 Baxış
Toyuğun hansı hissələri zərərlidir? - Yeyilməməlidir

Toyuğun heç də hər hissəsi eyni dərəcədə orqanizm üçün faydalıdır. Burda fərqi yoxdur, istər broyler, istər kənd, həyət toyuğu.


Medicina.az xəbər verir ki, çinli qastroenteroloq Siayu Yan toyuğun zərərli hissələrini açıqlayıb.

“Toyuğun dərisi nə qədər dadlı olsa, xırçıltılı olsa da onu heç vaxt yeməyin. Dərinin səthində və tüklərin dərinliyində xaricdən keçən mikroorqanizmlər, dəri bakteriyaları çox olur. Eləcə də dərinin altındakı piy orqanizm üçün zərərlidir.
Toyuq dərisində kollagen və kalsium olması isə mifdir.

Toyuğun arxa, quyruq hissəsi də kəsilib atılmalıdır. Orda da bakteriya, parazit çoxdur. Bunlar toyuq qaynar suda, odda bişirildikdə də davamlılıq göstərib qalır.
Toyuq iççalatı, aöciyərləri də təhlükəlidir.

Ən az zərərli toyuğun başıdır, onu bişirmək olar, amma toyuq başının faydaları haqqında deyilənlər şişirdilib. Orda orqanizm üçün faydalı heç nə yoxdur”.

Eləcə də digər alimlər ağ toyuq ətini yeməyi tövsiyə edir. Əgər toyuğun əti qaramtıl, tünddürsə, onda zərərli toksinlər, antibiotiklər çoxdur.