ABŞ prezidenti Donald Tramp NATO Zirvə Görüşü üçün Ankaraya gəlib.
Medicina.az türk mediasına istinadla xəbər verir ki, ABŞ prezidentinin 17 ildən sonra ilk dəfə Türkiyəyə səfər etməsi ilə böyük əhəmiyyət kəsb edən səfər bəzi diqqətəlayiq detalları ortaya çıxarıb.
1000-dən çox nəfərdən ibarət ABŞ nümayəndə heyətinin qalacağı otelə başqa qonaqlar buraxılmayacaq. Trampın 190 kvadratmetrlik prezident otağının pəncərələri güllə keçirməz, divarları isə bomba keçirməz hala gətirilib.
Bundan əlavə, Trampın Türkiyədə qalan bütün sidik və nəcisi ABŞ-yə geri aparılacaq. Onun şəxsi tualet sistemi də nümayəndə heyəti müşayiət edir. Bu təcrübənin Trampın bioloji materiallarının kəşfiyyat məqsədləri üçün istifadəsinin qarşısını almaq üçün standart təhlükəsizlik protokolu olduğu bilinir.
Aygün
Medicina.az