Xroniki yorğunluq sindromu (Chronic Fatigue Syndrome – CFS) zamanı oksidativ stress əsas patofizioloji amillərdən biri hesab olunur.
Medicina.az xəbər verir ki, zroniki yorğunluq sindromunda daha çox:
əzələ ağrıları
fiziki zəiflik
hərəkət məhdudiyyəti
əzələ disfunksiyası daha qabarıq müşahidə olunur.
Tükənmə (Burnout) sindromunda isə:
yorğunluq
halsızlıq
iş qabiliyyətinin azalması
stresə dözümlülüyün zəifləməsi kimi psixovegetativ əlamətlər ön plana çıxır.
Araşdırmalar göstərir ki, psixoloji stress orqanizmdə prooksidativ və iltihabi prosesləri gücləndirir (Hapuarachchi, Chalmers və b., 2003). Uzunmüddətli, xüsusilə iş mühitində olan stress tükənmə sindromunun əsas səbəblərindən biri hesab edilir.
Yüksəkdozalı Vitamin C və yorğunluq
141 sağlam ofis işçisi üzərində aparılmış ikiqat kor klinik tədqiqatda 10 qram venadaxili Yüksəkdozalı Vitamin C infuziyasının yorğunluğa təsiri öyrənilmişdir.
Nəticələr göstərmişdir ki:
infuziyadan 2 saat sonra yorğunluq əhəmiyyətli dərəcədə azalmışdır
təsir təxminən 24 saat davam etmişdir
oksidativ stress markerləri aşağı düşmüşdür
Ən yaxşı nəticələr qanda Vitamin C səviyyəsi aşağı olan şəxslərdə müşahidə edilmişdir (Suh, Bae və b., 2012). Yüksəkdozalı Vitamin C-nin venadaxili istifadəsi onkoloji xəstələrdə də yorğunluğun azalmasına kömək edə bilər (Vollbracht, Schneider və b., 2011).
Oksidativ stress və risklər
Tədqiqatlar göstərir ki:
kəskin psixoloji stress oksidativ stress yaradır
tükənmə sindromu olan şəxslərdə oksidativ stress markerləri yüksək olur
ürək-damar xəstəlikləri və insult riski artır Grossi, Perski və b., 2003; Toker, Shirom və b., 2005). Tükənmə və xroniki yorğunluq simptomlarının ağırlığı artdıqca oksidativ stress göstəriciləri də yüksəlir. (Richards, Roberts və b., 2000; Vecchiet, Cipollone və b., 2003).
Əzələlər və fiziki aktivlik
Xroniki yorğunluq sindromu olan şəxslərdə:
fiziki aktivlik azalır
əzələ toxumasında oksidativ zədələnmə yaranır
fiziki yüklənmə zamanı Yüksəkdozalı Vitamin C sərfiyyatı artır (Jammes, Steinberg və b., 2005).
Bu səbəbdən alimlər antioksidant terapiyanın, xüsusilə Yüksəkdozalı Vitamin C-nin istifadəsini perspektivli hesab edirlər.
Sinir sistemi və Yüksəkdozalı Vitamin C
Sinir hüceyrələri yüksək oksigen sərf etdiyi üçün oksidativ stresə qarşı daha güclü müdafiəyə ehtiyac duyur
Sinir toxumasında Yüksəkdozalı Vitamin C konsentrasiyası yüksəkdir
Psixi stress oksidativ və iltihabi prosesləri artırır
Depressiya zamanı oksidativ stress və Yüksəkdozalı Vitamin C çatışmazlığı müşahidə olunur
Oksidativ stress sinir hüceyrələrinə və neyrotransmitterlərə zədələyici təsir göstərir
Yüksəkdozalı Vitamin C güclü neyroprotektiv təsirə malikdir
Yüksəkdozalı Vitamin C stresə davamlılığı artırır və serotonin, dofamin kimi neyrotransmitterlərin yaranması üçün vacibdir
Tükənmə və xroniki yorğunluq zamanı oksidativ stress simptomların ağırlığı ilə düz mütənasibdir
Yüksəkdozalı Vitamin C-nin terapevtik effekti elmi və eksperimental tədqiqatlarla təsdiqlənmişdir
Enerji azalması, zehni yorğunluq və stress zamanı Yüksəkdozalı Vitamin C ilə antioksidant dəstək mühüm rol oynaya bilər.