Üşüdükdə, qorxduqda və ya emosional anlar yaşadıqda bədənimizdə tüklərin "biz-biz" olmasını hiss edirik.
Bəs, bunun arxasında hansı səbəblər dayanır?
Medicina.az xəbər verir ki, müəyyən emosional anlar və ya havanın qəfil dəyişməsi zamanı bu hissi yaşayırıq. Əslində isə elmi əsası var...
Bu fizioloji reaksiya bədənin xarici amillərə qarşı müdafiə mexanizminin bir hissəsidir.
Soyuq hava, qorxu, həyəcan və ya gərgin emosiyalar zamanı sinir sistemimiz “mübarizə və ya qaç” reaksiyasını aktivləşdirir.
Bu əsnada əzələlərimiz büzülür, daralır və tüklər "ayağa qalxır".
Bu gün bu reaksiya ən çox emosional anlarda, musiqi dinləyərkən və ya qəfil üşümə zamanı müşahidə olunur.
Aygün
Medicina.az