Tuna balığı yeməzdən öncə iki dəfə düşünün!

  • 2024.02.22 20:55
  • 683 Baxış
Tuna balığı yeməzdən öncə iki dəfə düşünün!
Tuna balıqlarının tərkibindəki zəhərli maddənin səviyyəsinin bütün nəzarətlərə baxmayaraq hələ də yüksək olduğu müəyyən edilib.

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər çirkləndiriciləri məhdudlaşdırmaq üçün onilliklər əvvəl tətbiq edilən nəzarətlərə baxmayaraq, tuna balıqlarında civə səviyyəsinin hələ də yüksək olduğunu bildirirlər.

Zəhərli xüsusiyyətlərə malik olan civə kömürün çıxarılması və yandırılması zamanı üzə çıxır və okean suyu ilə qarışaraq balıqlarda toplanır.

Atmosferdəki civənin səviyyəsi xeyli aşağı düşsə də, 1971-ci ildən bu yana tuna balıqlarındakı miqdarın sabit qaldığı bildirilir. Mütəxəssislər okeanın dərinliklərində olan civənin tuna balıqlarının üzdüyü sulara qarışdığını bildirirlər. Dəniz ekosistemlərinə daxil olan civə bu maddənin ən təhlükəli forması olan metilcivəyə çevrilir. Bu maddə çirklənmiş dəniz canlılarını istehlak edən tuna balıqlarında isə daha çox yığılır.

Tuna dünyada insanların ən çox istehlak etdiyi balıqlardan biridir. Tuna yeyildikdə tərkibindəki zəhərli maddə insanlara keçir.
Civə xüsusilə ana bətnindəki körpələr və uşaqlar üçün təhlükəlidir. Yetkinlərdə də ürək-damar xəstəliklərinə səbəb ola bilər.

Yeni tədqiqatlar bəzi tuna növlərində civə səviyyəsinin azaldığını göstərən digər tədqiqatların nəticələri ilə ziddiyyət təşkil edir. Elm adamları tuna balıqlarında civə səviyyəsinin 1971-2022-ci illər arasında sabit qaldığını aşkarlayıblar. Bunun Asiyada artan kömür istehlakı ilə əlaqədar artan civə emissiyaları ilə əlaqəli olduğu düşünülür.

Gül