Türkiyə koronavirus peyvəndini apreldə istifadəyə verə bilər

  • 2020.11.25 13:50
  • 1142 Baxış
Türkiyə koronavirus peyvəndini apreldə istifadəyə verə bilər

İndi koronavirus infeksiyasının yayılmasının qarşısını ala bilməsək, gələcəkdə daha sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalacağıq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) növbəti toplantısında çıxışı zamanı bildirib.

“Millətimizdən səbr və dəstək gözləyirik. Maska, məsafə və təmizlik qaydalarına riayət etsək digər tədbirlərə ehtiyac qalmaz”, - deyə Ərdoğan vurğulayıb.

O, Türkiyə istehsalı koronavirus peyvəndinin ən gec halda gələn ilin aprel ayında istifadəyə verilə biləcəyini də qeyd edib.