Türkiyədə HPV virusuna qarşı peyvəndlər dövlət təminatı proqramına salınacaq.
“Medicina” xəbər verir ki, səhiyyə naziri Kamal Memişoğlunun HPV peyvəndinin pulsuz olacağı ilə bağlı açıqlamasına həkimlər dəstək verib.
Qadın xərçəngləri arasında əhəmiyyətli bir yerə sahib olan uşaqlıq yolu,
uşaqlıq boynu və yumurtalıq xərçəngi çox vaxt heç bir əlamət olmadan irəliləyə və həyati təhlükə yarada bilir. Lakin mütəmadi müayinələr, HPV peyvəndi və sağlam həyat vərdişləri ilə bu xəstəliklərin qarşısını almaq mümkündür.
Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Op. Doktor Mehmet Bekir Şe bildirib ki, "HPV peyvəndinin pulsuz və əlçatan olması uşaqlıq boynu xərçənginin qarşısının alınmasında əhəmiyyətli bir addım olacaq".
Səhiyyə naziri Kamal Memişoğlu HPV (İnsan Papilloma Virusu) peyvəndinin 2025-ci ilin sonuna kimi xüsusilə 13 yaşındakı uşaqlar üçün pulsuz olacağını açıqladı.
Nazir Memişoğlu deyib: "HPV dediyimiz virusla bağlı fərziyyələr var, biz də bununla bağlı bir araşdırma apardıq. Əslində bunun 200 növü var, xüsusilə də xərçəngə yoluxma riski olan iki fərqli var. Biz də 2025-ci ilin sonuna qədər 13 yaşındakı uşaqlarımızın peyvənd edilməsinə başlayacağıq”.
Türkiyədə uşaqlıq yolu xərçəngi ən çox görülən ginekoloji xərçəng növüdür. 2020 GLOBOCAN məlumatlarına görə, Türkiyədə ən çox görülən 10 qadın xərçəngi arasında uşaqlıq yolu xərçəngi 6-cı, uşaqlıq boynu xərçəngi isə 10-cu yerdədir.
Aygün Musayeva