Türkiyədə 211 nəfər koronavirusdan öldü

  • 2020.12.08 22:19
  • 1298 Baxış
Türkiyədə 211 nəfər koronavirusdan öldü
Türkiyədə son sutka ərzində 211 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.


Nazirin sözlərinə görə, 6593 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 15 314, virusa yoluxanlar isə 552 304 nəfərə çatıb.

Türkiyədə indiyədək 441 515 pasiyent (son sutkada 5 245 nəfər) sağalaraq evə buraxılıb.