Türkiyədə bir sutkada 150-dən çox insan öldü

  • 2021.01.04 21:35
  • 1232 Baxış
Türkiyədə bir sutkada 150-dən çox insan öldü
Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 197 nəfər ölüb.

Medicina.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyənlərlə birlikdə 13 695 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.


Bu gün sağalan xəstə sayı 9 896 ağır xəstə sayı isə 3 522 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 255 607 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 146 430 nəfər sağalıb, 21 685 nəfər isə ölüb.