Türkiyədə Braziliya və Cənubi Afrika ştammları aşkarlandı

  • 2021.02.03 23:31
  • 1782 Baxış
Türkiyədə Braziliya və Cənubi Afrika ştammları aşkarlandı

Türkiyədə koronavirusun yeni mutasiyaları aşkarlanıb.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün tvitter hesabında yazıb.

“Ölkəmizdə koronavirusun Britaniya ştammı ilə yanaşı, iki nəfərdə Cənubi Afrika, bir nəfərdə isə Braziliya növü aşkarlanıb. Xəstələr və onlarla əlaqədə olan insanlar xəstəxanalarda təcrid ediliblər”, - deyə nazir bildirib.