Türkiyədə günlük yoluxma sayı 14 minə çatır

  • 2021.05.10 21:38
  • 1189 Baxış
Türkiyədə günlük yoluxma sayı 14 minə çatır

Türkiyədə son 24 saat ərzində 213 863 nəfərin COVID-19 testi yoxlanılıb.

Medicina.az verir ki, ölkədə günlük yoluxma sayı 13 604 nəfər təşkil edib.

282 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 4 743 871 nəfərə çatdığı bildirilib. Onlardan 26 953 nəfəri son sutka ərzində sağalanlardır.

Hazırda ölkə xəstəxanalarında 2983 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.