Türkiyədə ictimai nəqliyyatla bağlı yeni QADAĞA

  • 2021.01.11 17:55
  • 1418 Baxış
 Türkiyədə ictimai nəqliyyatla bağlı yeni QADAĞA

Koronavirusla mübarizə çərçivəsində Türkiyənin İstanbul şəhərində yeni qadağa başlayır.

“Haber Global” bu barədə “İstanbulkart”ın açıqlamasına istinadla məlumat yayır.

Bildirilir ki, yanvarın 15-dən 65 yaşdan yuxarı və 20 yaşdan kiçik şəxslərin ictimai nəqliyyatdan istifadə etməsi qadağan olunur.