Türkiyədə ilk dəfə kəkələyənlər dərnəyi qurulub.
Medicina.az xəbər verir ki, dərnəyin qurulmasının səbəbi ölkə üzrə təxminən 1 milyon kəkələyən insanın olmasıdır.
Dərnək rəhbəri Funda Özüm Kipel bu problemi yaşayan insanların danışmaq qorxusunun olduğunu bildirərək bunun üzərində işlədiklərini vurğulayıb.
"Məqsədimiz kəkələyən insanların nitq qüsurunu aradan qaldırmaqdır. Bunun üçün dil və danışıq terapiyasının tətbiqinə başlamışıq”, - deyə dərnək rəhbəri deyib.
Bu cür insanların iş həyatında çox böyük problemlərlə üzləşdiyini bildirən Özüm Kipel bu narahatlığı aradan qaldırma yollarını araşdırdığını bildirib.
Qeyd edək ki, bu problem uşaqkən 3-5 yaş arası başlayır və uşaqların 100-də 5-də bu hal müşahidə olunur.