Türkiyədə koronadan ölüm sayı 40 mini ötdü

  • 2021.04.30 21:31
  • 1454 Baxış
Türkiyədə koronadan ölüm sayı 40 mini ötdü

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 394 nəfər həyatını itirib.


Medicina.az xəbər verir ku, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyasına yoluxmaya görə, 265 287 nəfər test edilib, onlardan 31 891 nəfərin koronavirus testi pozitiv nəticə verib, 68 183 nəfər sağalıb, 3 534 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 40 131 nəfər ölüb.

Türkiyədə indiyədək 4 820 591 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 323 897-si müalicə olunub.