Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə koronadan ölüm sayı 50 minə çatır - STATİSTİKA

  • 2021.06.01 21:48
  • 1096 Baxış
Türkiyədə koronadan ölüm sayı 50 minə çatır -  STATİSTİKA


Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 129 nəfər ölüb.

Medicina.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 223 min 482 nəfər test edilib, onların 7 min 112-nin koronavirus testi pozitiv nəticə verib, 9 min 457 nəfər sağalıb, min 241 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 47 min 656 nəfər ölüb.

Türkiyədə indiyədək 5 miyon 256 min 516 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 124 min 081 nəfəri müalicə olunaraq evə buraxılıb.