Türkiyədə koronavirus əleyhinə kütləvi peyvəndin tarixi məlum oldu

  • 2020.12.03 01:33
  • 1112 Baxış
Türkiyədə koronavirus əleyhinə kütləvi peyvəndin tarixi məlum oldu
Türkiyədə əhalinin koronavirus əleyhinə kütləvi peyvənd olunmasına dekabrın 11-dən başlanılacaq.

Bu barədə keçirdiyi iclasdan sonra səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib.

Bildirilir ki, peyvəndlənmə 4 mərhələdə həyata keçiriləcək.

Birinci mərhələdə tibb işçiləri və yaşı 65-dən yuxarı olan vətəndaşlar, əlillər evində və sığınacaqlarda yaşayan yetkin şəxslərə;

ikinci mərhələdə yüksək risk qrupuna aid olan sektorlarda və kritik işlərdə çalışan, yaşı 50-dən yuxarı olan və azı bir xroniki xəstəliyi olan şəxslərə;

üçüncü mərhələdə 50 yaşdan aşağı və azı bir xroniki xəstəliyi olan vətəndaşlar, gənclər və ilk iki qrupda göstərilməyən sektorlarda çalışanlara;

dördüncü və son mərhələdə isə ilk üç qrupdan kənarda olan bütün şəxslərə peyvənd vurulacaq.