Türkiyədə koronavirus sürətlə artır: 187 nəfər öldü

  • 2020.12.03 23:50
  • 1134 Baxış
Türkiyədə koronavirus sürətlə artır:   187 nəfər öldü
Türkiyədə son sutka ərzində 187 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.


Nazirin sözlərinə görə, 6511 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 14 316, virusa yoluxanlar isə 520 167 nəfərə çatıb.

Türkiyədə indiyədək 418 331 pasiyent (son sutkada 4190 nəfər) sağalaraq evə buraxılıb.