Türkiyədə koronavirusa yoluxma sürətlə artır

  • 2020.12.07 22:57
  • 881 Baxış
Türkiyədə koronavirusa yoluxma sürətlə artır
Türkiyədə koronavirus infeksiyasının yayılması sürətlə artır.

Medicina.az xəbər verir ki, Türkiyədə son sutka ərzində 203 nəfər koronavirusdan (COVID-19) dünyasını dəyişib.


Ölkədə son 24 saatda 6420 yeni yoluxma qeydə alınıb, bununla da pandemiya qurbanlarının sayı 15 min 103, virusa yoluxanlar isə 545 min 711 nəfərə çatıb.

Türkiyədə indiyədək 436 270 pasiyent (son sutkada 5017 nəfər) sağalaraq evə buraxılıb.