Türkiyədə koronavirusdan 150-dən çox insan öldü

  • 2021.01.20 21:52
  • 1070 Baxış
Türkiyədə koronavirusdan 150-dən çox insan öldü
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 159 nəfər ölüb.

Medicina.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 6 435 nəfər COVID-19 infeksiyasına yoluxub.


Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 5 932, ağır xəstələr isə 2 102 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 406 216 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 283 919 nəfər sağalıb, 24 487 nəfər isə ölüb.