Türkiyədə son sutka ərzində 235 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, 32 102 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 16 881, virusa yoluxanlar isə 1 898 447 nəfərə çatıb.
Türkiyədə indiyədək 1 661 191 pasiyent (son sutkada 29 247 nəfər) sağalaraq evə buraxılıb.