Türkiyədə koronavirusdan 254 nəfər öldü

  • 2020.12.21 21:06
  • 1430 Baxış
Türkiyədə koronavirusdan 254 nəfər öldü
“Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 254 nəfər ölüb.

Bu, COVID-19-dan ölüm üzrə Türkiyədə ən yüksək göstəricidir”.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 19 103 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 18 351, ağır xəstə sayı isə 5192 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 043 704 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 835 705 nəfər sağalıb, 18 351 nəfər isə ölüb.