Türkiyədə koronavirusdan daha 84 nəfər öldü

  • 2020.11.08 22:22
  • 1320 Baxış
Türkiyədə koronavirusdan daha 84 nəfər öldü
Türkiyədə son sutka ərzində 84 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib, 2516 yeni yoluxma faktı qeydə alınıb.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, bununla pandemiya qurbanlarının sayı 10 887, virusa yoluxanlar isə 395 255 nəfərə çatıb.

Türkiyədə indiyədək pasiyent 338 239 (son sutkada 2 018 nəfər) sağalaraq evə buraxılıb.