Türkiyədə koronavirusdan ölənlərin sayı 4222-yə çatdı

  • 2020.05.20 20:37
  • 10799 Baxış
Türkiyədə koronavirusdan ölənlərin sayı 4222-yə çatdı
Türkiyədə son sutka ərzində 23 nəfər koronavirusdan dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 972 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4222, yoluxanlar isə 152 min 587 nəfərə çatıb. Türkiyədə indiyədək 113 min 987 xəstə sağalaraq evə buraxılıb.