Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

  • 2020.12.09 21:59
  • 1200 Baxış
Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

Türkiyədə son sutka ərzində 217 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.


Nazirin sözlərinə görə, 6213 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 15531, virusa yoluxanlar isə 558 517 nəfərə çatıb.

Türkiyədə indiyədək 447 361 pasiyent (son sutkada 5846 nəfər) sağalaraq evə buraxılıb.