Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

  • 2020.12.10 22:44
  • 1198 Baxış
Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

Türkiyədə son sutka ərzində 220 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.


Nazirin sözlərinə görə, 5918 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 15 751, virusa yoluxanlar isə 564 435 nəfərə çatıb.

Türkiyədə indiyədək 452 593 pasiyent (son sutkada 5232 nəfər) sağalaraq evə buraxılıb.