Türkiyədə koronavirusdan ölüm sayı 4500-ü keçdi

  • 2020.05.30 22:25
  • 34864 Baxış
Türkiyədə koronavirusdan ölüm sayı 4500-ü keçdi
Türkiyədə son sutka ərzində 26 nəfər koronavirusdan dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 983 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirus qurbanlarının sayı 4515, yoluxanlar isə 163 min 103 nəfərə çatıb.

İndiyədək 126 min 984 xəstə sağalaraq evə buraxılıb.