Türkiyədə koronavirusdan ölüm sayı sürətlə artır

  • 2020.12.01 21:18
  • 871 Baxış
Türkiyədə koronavirusdan ölüm sayı sürətlə artır
Türkiyədə son sutka ərzində 190 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.


Nazirin sözlərinə görə, daha 6101 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 13 936, virusa yoluxanlar isə 506 966 nəfərə çatıb.

Türkiyədə indiyədək 409 320 pasiyent (son sutkada 4593 nəfər) sağalaraq evə buraxılıb.