Türkiyədə koronavirusla bağlı son durum

  • 2020.11.06 21:59
  • 43678 Baxış
Türkiyədə koronavirusla bağlı son durum
Türkiyədə son sutka ərzində 83 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 2436 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 10 722, virusa yoluxanlar isə 389 256 nəfərə çatıb.

Türkiyədə indiyədək 334 293 pasiyent (son sutkada 1914 nəfər) sağalaraq evə buraxılıb.