Türkiyədə koronavirusla bağlı son statistika -106 mindən çox insan sağaldı

  • 2020.05.15 20:36
  • 3705 Baxış
Türkiyədə koronavirusla bağlı son statistika - 106 mindən çox insan sağaldı
Türkiyədə ötən sutka koronavirusdan daha 48 nəfər ölüb.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 4 055-ə çatıb.

Bundan başqa, son 24 saatda ölkədə 1 708 yoluxma qeydə alınıb və beləliklə, infeksiya daşıyıcılarının sayı 146 457 nəfərə çatıb.

Habelə bir gündə koronavirusa yoluxmuş 2 103 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Bununla da infeksiyadan sağalanların sayı 106 133 nəfərə çatıb.