Türkiyədə koronavirusla bağlı son statistika

  • 2020.11.16 22:29
  • 1204 Baxış
Türkiyədə koronavirusla bağlı son statistika
Türkiyədə son sutka ərzində 94 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 3316 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 11 601, virusa yoluxanlar isə 417 594 nəfərə çatıb.

Türkiyədə indiyədək 356 375 pasiyent (son sutkada 2712 nəfər) sağalaraq evə buraxılıb.