Türkiyədə koronavirusla bağlı son statistika

  • 2020.11.18 21:47
  • 1003 Baxış
Türkiyədə koronavirusla bağlı son statistika
Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 116 nəfər ölüb.

Medicina.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 158 811 şübhəli koronavirus testindən keçib, onlardan 4215-nin cavabı pozitiv çıxıb, 2592 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 3742 nəfər olub.

Türkiyədə indiyədək 425 628 nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 11 820 nəfər ölüb.