Türkiyədə koronavirusla bağlı son statistika

  • 2020.12.13 21:19
  • 1237 Baxış
Türkiyədə koronavirusla bağlı son statistika
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 218 nəfər ölüb.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda koronavirus testindən 181 199 nəfər keçib, simptomları müəyyən edilməyənlərlə birlikdə 26 919 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.


Ağır xəstə sayı 5973 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 1 836 728 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 603 780 nəfər sağalıb, 16 417 nəfər isə ölüb.

F.Qoca COVID-19 infeksiyasına yoluxma və bu xəstəlikdən olan ağır xəstə sayında azalma müşahidə olunduğunu vurğulayaraq bildirib ki, əhali peyvənddən faydalanana qədər qapalı və kütləvi yerlərdə profilaktik tədbirlərə düzgün əməl etsin.