Türkiyədə koronavirusla bağlı son statistika

  • 2021.01.19 21:50
  • 2584 Baxış
Türkiyədə koronavirusla bağlı son statistika
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 167 nəfər ölüb.

Medicina.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 6818 nəfər COVID-19 infeksiyasına yoluxub.


Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7218, ağır xəstələr isə 2162 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 399 781 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 277 987 nəfər sağalıb, 24 328 nəfər isə ölüb.