Türkiyədə koronavirusla bağlı son statistika

  • 2021.03.03 22:07
  • 1312 Baxış
Türkiyədə koronavirusla bağlı son statistika
Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

Medicina.az xəbər verir ki, bu gün 65 nəfər pandemiyanın qurbanı olub.


Bununla indiyədək COVID-19-dan ölənlərin sayı 28 min 771-ə yüksəlib.

Gün ərzində 138 min 18 test aparılıb, onlardan 11 min 520-si müsbət çıxıb. Bununla ümumi yoluxanların sayı 2 milyon 734 min 836-ya çatıb.

Ağır xəstə sayı 1224-dür. Bu gün 7 min 191 nəfər xəstəlikdən sağalıb. Beləcə, sağalanların sayı 2 milyon 593 min 264-ə qalxıb.