Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.
Medicina.az xəbər verir ki, sutka ərzində 63 nəfər pandemiyanın qurbanı olub.
Bu gün 151 min 113 koronavirus testi aparılıb, onu da 15 min 503-nün nəticəsi müsbət çıxıb.
Ağır xəstə sayı 1425 nəfər təşkil edir.
Son 24 saatda 15 min 893 nəfər koronavirusdan sağalıb, bununla sağalanların ümumi sayı 2 milyon 716 min 969-a yüksəlib.