Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə koronavirusla bağlı son statistika

  • 2021.03.16 22:26
  • 1984 Baxış
Türkiyədə koronavirusla bağlı son statistika

Türkiyədə son sutka ərzində 71 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, son 24 saatda 16 749 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 2 911 642, pandemiya qurbanlarının sayı isə 29 623 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 734 862 pasiyent (son sutkada 17 893 nəfər) sağalaraq evə buraxılıb.