Türkiyədə koronavirusla bağlı son statistika

  • 2021.03.28 22:21
  • 1337 Baxış
Türkiyədə koronavirusla bağlı son statistika
Türkiyədə son sutka ərzində 153 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, son 24 saatda 29 min 58 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 3 milyon 208 min 173, pandemiya qurbanlarının sayı isə 31 min 76 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 milyon 957 min 93 pasiyent (son sutkada 17 164 nəfər) sağalaraq evə buraxılıb.